Qablaşdırma sifariş verməzdən əvvəl nələri bilməlisiniz?
İcmal
Tarix: 03.09.2025Baxış: 733
Teqlər:
Qablaşdırma
Qablaşdırma sifariş verməzdən əvvəl nələri bilməlisiniz?
Qablaşdırma sifariş verməzdən əvvəl nələri bilməlisiniz?
Məhsulun təqdimatında qablaşdırma sadəcə qoruyucu funksiyanı daşımır, həm də brendin üslubunu, dəyərini və müştəriyə verdiyi mesajı əks etdirir. Düzgün seçilmiş qutu, paket və ya stəkan dizaynı alıcının yaddaşında qalır və brendi daha dəyərli göstərir.
1. Məhsulun ölçüsü və forması
Hər bir məhsulun özünəməxsus ölçüsü və çəkisi var. Ona görə qablaşdırma seçərkən məhsulun ölçülərinə uyğun qutu və ya paket hazırlatmaq lazımdır.
2. Material seçimi
Kağız, karton, kraft, plastik və ya doypak – hər materialın öz üstünlükləri və çatışmazlıqları var.
Material seçimi həm büdcədən, həm də brendin imicindən asılıdır.
3. Dizayn və brend üslubu
Qablaşdırma müştəri ilə birinci təmas nöqtəsidir. Dizaynda rənglərin, fontların, loqonun və elementlərin düzgün istifadəsi brendin mesajını çatdırır.
4. Çap texnologiyaları
UV spot, qızılı/gümüşü folqa, embos və digər üsullar qablaşdırmaya premium görünüş verir.
5. Miqdar və büdcə
Qablaşdırma sifarişi zamanı minimum sifariş miqdarı və qiymətləri nəzərə almaq lazımdır. Böyük həcmdə sifariş etmək daha sərfəlidir, çünki qiymət vahidi aşağı düşür.
6. İstehsal müddəti
Ən çox unudulan məqamlardan biri – vaxtdır. Tədbir, sərgi və ya satış mövsümü üçün sifariş verilirsə, istehsal müddətini əvvəlcədən planlamaq lazımdır.